Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da "İncəsənətdə Nəsimi obrazı" adlı respublika elmi-praktiki konfransı keçiriləcək
27.06.2019 13:28
  • A-
  • A
  • A+

AMEA-da "İncəsənətdə Nəsimi obrazı" adlı respublika elmi-praktiki konfransı keçiriləcək

İyun ayının 28-də AMEA-nın Əsas binasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Nəsimi obrazı rəssamların yaradıcılığında", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: