Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimi keçirilir
25.06.2019 12:35
  • A-
  • A
  • A+

Görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

İyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tariximizin tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Mərasimdə mərhum alimin ailə üzvləri, yaxınları, tələbələri, dövlət rəsmiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Salonda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklillər qoyulmuşdu.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Respublikanın tanınmış alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun vəfatı Azərbaycanın elmi ictimaiyyətinə ağır itkidir. Böyük pedaqoji fəaliyyəti ilə seçilən, ölkəmizdə çoxsaylı kadrların yetişməsində əvəzsiz rolu olan Şirməmməd Hüseynovun araşdırmaları tarix elmi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şərəf” ordeni ilə təltif edilmiş tanınmış pedaqoq və alim Şirməmməd Hüseynovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Görkəmli alim ikinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: