Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Bolqarıstan Elmlər Akademiyası və AMEA-nın institutları arasında elmi əlaqələr genişlənir
24.06.2019 15:27
  • A-
  • A
  • A+

Bolqarıstan Elmlər Akademiyası və AMEA-nın institutları arasında elmi əlaqələr genişlənir

AMEA-nın Fəlsəfə İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun direktor müavini Albena Nakova və həmin institutun Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar şöbəsinin müdiri Boqdana Todorova ilə görüş keçirilib.

Görüşdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər və beynəlxalq əməkdaşlığı barədə məlumat verib. O, BEA-nın Cəmiyyət və Elmin Tədqiqi İnstitutu ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

Bolqarıstanlı alimlər isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Fəlsəfə İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Sonra İ.Məmmədzadə A.Nakova və B.Todorovaya “Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfransda iştiraklarına görə sertifikatlar təqdim edib.

Qeyd edək ki, görüşdə Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov, Fəlsəfə İnstitutunun şöbə müdirləri - f.e.d. Afaq Rüstəmova, f.e.d. Rəfiqə Əzimova, f.e.d. Füzuli Qurbanov, f.e.d. Adil Əsədov, f.ü.f.d., dosent Sevinc Həsənova və digərləri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: