Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cinayət prosesi və kriminalistika üzrə praktikum” adlı kitab nəşr olunub
21.06.2019 12:39
  • A-
  • A
  • A+

“Cinayət prosesi və kriminalistika üzrə praktikum” adlı kitab nəşr olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru, professor Cavanşir Süleymanovun “Cinayət prosesi və kriminalistika üzrə praktikum” kitabı çap olunub.

Rus dilində nəşr edilən vəsaitdə məhkəmə və istintaq təcrübəsinin həqiqi epizodları, ağır rezonanslı cinayət işləri üzrə prosessual sənədlər, bu işlərə dair BMT-nin İnsan Hüquqları Komitəsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları yer alıb.

Tədqiqatçılar, təcrübə keçənlər üçün nəzərdə tutulan kitab proses iştirakçıları tərəfindən edilən səhvlərin və boşluqların təhlilinə onların təkrarlanmasının aradan qaldırılmasına, oxşar və bənzər hallarda peşəkar məhkəmə fəaliyyətinin həyata keçirilməsinin ən optimal yollarını müəyyənləşdirməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: