Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev NETTY2019 mükafatına layiq görülüb
20.06.2019 14:10
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev NETTY2019 mükafatına layiq görülüb

İyunun 19-da “Park Inn” oteldə Azərbaycan Milli İnternet Mükafatı olan NETTY 2019-un 15-ci mükafatlandırılma mərasimi keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən tədbirdə ölkənin ən böyük İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə cari ildə müsabiqədə iştirak edən milli veb-saytlar, sosial səhifələr, proqram və layihələr arasından “İdman və Sağlamlıq”, “İqtisadiyyat və Biznes”, “Təhsil və Elm”, “Mədəniyyət və Yaradıcılıq”, “İnformasiya və Xəbərlər”, “Elektron xidmətlər və Elektron kommersiya”, “Cəmiyyət və Ailə”, “Turizm və İstirahət”, “Ən yaxşı sosial səhifə”, “Virtual münsiflər seçimi”, “İlin ən yaxşı videolayihəsi”, “İlin mobil tətbiqi”, İlin İT-Hadisəsi” nominasiyaları üzrə qaliblər elan edilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya texnologiyalarının inkişafında göstərdiyi xidmətlərə görə “Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə” nominasiyası üzrə bu mükafata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: