Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının jurnalının redaksiya heyətinə üzv seçilib
19.06.2019 16:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının jurnalının redaksiya heyətinə üzv seçilib

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin "Rusiya Seysmoloji Jurnalı" elmi nəşrinin redaksiya heyətinə üzv seçilib.

Bununla bağlı Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov RSXM-ə məktub göndərib.

Qeyd edək ki, yeni jurnalda seysmologiya və geofizika sahəsində aparılan elmi tədqiqatlara dair məqalələr nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: