Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin birinci cildi işıq üzü görüb
19.06.2019 15:40
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin birinci cildi işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyat tarixi” oncildliyinin birinci cildi nəşr edilib.

Birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. Kitabın baş redaksiya şurasına AMEA-nın prezidenti, akademik Akif Əlizadə (sədr), AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli (baş redaktor), Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı daxildirlər.

Nəşr akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı irihəcmli məqaləsi ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci - “Şifahi xalq ədəbiyyatı” cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ və janrların tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: