www.science.az
19.06.2019 11:59

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışının qonağı AMEA-nın müxbir üzvü Tərlan Məmmədov olacaq

19 iyun 2019-cu il tarixində saat 22:15-də Mədəniyyət kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş molekulyar biologiya və biotexnologiyalar sahəsində aparılan tədqiqatların, ölkəmizdə və dünyada bu sahədə əldə olunmuş nailiyyətlərin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.