www.science.az
29.05.2019 14:10

“ASAN Radio”da “Azərbaycan tarixi” layihəsi davam edir

AMEA Tarix İnstitutunun “ASAN Radio” ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” layihəsi davam edir.

Layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində tariximiz azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə “ASAN Radio”nun direktoru Emin Musəvidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru “ASAN Radio”nun baş redaktoru İlkin Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.