Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın prezidenti Çinin “China Daily” qəzetinə müsahibə verib
24.05.2019 14:19
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti Çinin “China Daily” qəzetinə müsahibə verib

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Asiya Sivilizasiyaları Dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib. Alimin “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Çinin ən böyük ingilisdilli dövlət mətbuatı olan “China Daily” qəzeti Akif Əlizadənin məruzəsindən çıxarışlar dərc edib.

“Sivilizasiyaları yaxınlaşdıran dialoq” başlıqlı yazıda bildirilib ki, Asiya dünyanın ən böyük iqtisadiyyatlarına sahib olan Çin, Yaponiya, Hindistandan, Koreya Respublikası, İndoneziya və Taylandın vətənidir. Lakin Çin iqtisadiyyatı sosial-iqtisadi inkişafın yeni modeli sayəsində dünyada xüsusi mövqeyə malikdir və öz tarixi mədəniyyətinin əsas elementlərini qoruyub saxlayır.

Qeyd olunub ki, bu gün öz inkişafı ilə Asiya, eləcə də dünya ölkələri arasında yüksək nüfuza sahib olan Azərbaycan  mədəniyyətlər və sivilizasiyalar arasında beynəlxalq əməkdaşlığın və anlaşmanın gücləndirilməsinə mühüm töhfələr verir, sivilizasiyaların dialoquna kömək edir.

Akademik Akif Əlizadə “China Daily” qəzetinin elmi reportyoru Zhang Zhihaonun suallarını da cavablandırıb. Müsahibədə Çin ilə Azərbaycan arasında elmi əməkdaşlıq perspektivləri, eləcə də bu əməkdaşlığın iki ölkə arasında elm və mədəniyyət mübadiləsinin gücləndirilməsində rolu məsələlərinə toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: