1 iyun 2002-ci ildə Bakıda imzalanmış və 6 sentyabr 2006-cı ildə qüvvəyə minmiş İtaliya və Azərbaycan arasında mədəniyyət, təhsil, elm və texnologiya üzrə əməkdaşlıq haqqında Saziş çərçivəsində 2020-2022-ci illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə ilk İcra Proqramı hazırlanır.
Bu məqsədlə İtaliya-Azərbaycan birgə elmi və texnoloji əməkdaşlıq üzrə "Tədqiqatçıların mübadiləsi" üçün layihə müsabiqəsi elan edilir.
Tədqiqatçıların mübadilə layihələri aşağıdakı prioritet tədqiqat sahələri üzrə təqdim edilməlidir:
- Yer elmləri;
- Tibb və biotibb;
- Fizika və astrofizika;
- Mədəni irsə tətbiq olunan texnologiyalar.
Layihə təklifləri 31 iyul 2019-cu il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir.
Tel.: (+994 12) 492 54 93
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.