Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verilib
13.05.2019 09:33
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verilib

Prezident İlham Əliyevin 10 may 2019-cu il tarixli Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyev Mükafatı ilə təltif edilib. Neftçi-alimə bu mükafat Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə verilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Xoşbəxt Yusifzadəyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: