Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı “Milli irs mükafatı”na layiq görülüb
22.04.2019 10:07
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı “Milli irs mükafatı”na layiq görülüb

Aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub.

“Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli “Milli irs mükafatı”na layiq görülüb.

Qeyd edək ki, C.Eminli Azərbaycan-Koreya (Qəbələ) və Azərbaycan-ABŞ (Lerik) beynəlxalq arxeoloji ekspedisiyalarına rəhbərlik edir. O, Qəbələdə aşkar edilmiş yaşayış yerinin konservasiyası, Qəbələ Arxeoloji Mərkəzində muzey-sərgi zalının tərtibatı, həmçinin maddi-mədəni irsin təbliğatı layihələrinin icraçısı kimi Bolqarıstan və İspaniyanın aparıcı universitetlərində Qafqaz Albaniyasının maddi-mədəni irsinə dair təqdimatlarla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: