Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2019 13:40
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Avropa Yer Elmləri Baş Assambleyasının iclasında iştirak ediblər

Azərbaycanlı alimlər Avropa Yer Elmləri Baş Assambleyasının iclasında iştirak ediblər

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Yer Elmləri Baş Assambleyasının (EGU - 2019) növbəti iclası keçirilib.

ABŞ, Avropa, Yaponiya və Çindən alimlərin qatıldığı iclasda ölkəmizi AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun əməkdaşları, yer elmləri üzrə fəlsəfə doktorları - Rafiq Səfərov, Nigar Qaragözova, Tofiq RəşidovOrxan Abbasov təmsil ediblər.

Azərbaycan nümayəndə heyəti geologiya və geofizika sahəsində dünya alimlərinin əldə etdiyi yeni nəticələrlə tanış olub, eləcə də elmi məruzələrini təqdim ediblər.

Bundan əlavə, Massaçusets Texnologiya İnstitutunun professoru R.Reilinger, həmçinin "Aralıq dənizi və Qafqaz regionunun kinematikası və geodinamikası" üzrə beynəlxalq layihənin iştirakçıları ilə alınmış nəticələr müzakirə edilib, gələcək birgə tədqiqat istiqamətləri müəyyənləşdirilib. Eyni zamanda İstanbul Texniki Universitetinin professoru, görkəmli geoloq alim Cəlal Şengör və İsrailin Tel-Əviv Universitetinin professoru L.Eppelbaumla görüşlər keçirilib.

Nümayəndə heyəti konfrans çərçivəsində təşkil olunan geologiya və geofizikada tətbiq edilən yeni cihaz və avadanlıqların sərgisi ilə də tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: