Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək
12.04.2019 15:38
  • A-
  • A
  • A+

“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 5-7 iyul tarixlərində “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən baş tutacaq.

Tədbirdə “Nemətullah Naxçıvani: dövrü və mühiti”, ““Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı”, “Nemətullah Naxçıvani: İslam mədəniyyəti”, “Nemətullah Naxçıvani irsi və tərcümə məsələləri”, “Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi”, “Nemətullah Naxçıvani və Türkiyə” bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Konfransda iştirak və məruzə tezislərinin hazırlanmasına dair yazı qaydaları ilə www.ameanb.nakhchivan.az saytında tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: