www.science.az
04.04.2019 10:32

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılıb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın yaradılması haqqında Qərar imzalayıb.

Qərarla Baş nazirinin müavininin sədrlik etdiyi komissiyaya Müdafiə, Daxili işlər, Mədəniyyət, Gənclər və idman, Təhsil, Səhiyyə, Maliyyə, Əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Turizm Agentliyi sədrinin, Milli Arxiv İdarəsi rəisinin müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri daxildir.

Qərara əsəsən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarla yaradılan komissiyaya təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.