Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Görmənin fiziologiyası yaradıcı qrupu

Görmənin fiziologiyası yaradıcı qrupu
Tel. (+994 12) 432 15 20
Faks (+994 12) 432 67 68 
Elektron poçtu elmirapanahova@rambler.ru
Struktur bölmənin rəhbəri Pənahova Elmira Nurəddin qızı

Biologiya elmləri doktoru

İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Görmə analizatorunun neyrofiziologiyası, hipotalamusta torlu qışanın reabilitasiya proseslərində neyrotrofik faktorun rolu, heyvanlarda neyrodegenerativ xəstəliklərin modelləşməsi (Alzheymer xətəliyi) və Azərbaycanda bitən sarıkök, zəfəranın və kök hüceyrəsi, protektor və kompensator qismində istifadə edilməsi, qocalmada görmə-idarə etmə davranışı və yaddaşın formalaşmasının neyrofizioloji tədqiqatı.
Əsas elmi nəticələri

Amiqdala baş beynin görmə qabığına spesifik siqnalların daxil olduğu görmə yolunun hər iki (parvosellular və maqnosellular) kanalı boyunca inteqral məlumatın ötürülməsinə nəzarətdə iştirak edir. Müəyyən olunmuşdur ki, bazolateral amiqdala görmə siqnalının aktuallaşmasına, filogenetik planda daha qədim olan kortikomedial amiqdala isə qabıqda, əsasən retinogenikulokortikal yolda görmə məlumatının ötürülməsinə ləngidici effekt göstərir,yəni bazolateral və kortikomedial amiqdala görmə qabığına əks təsir edir.

Ada dovşanlarına bazo-lateral amiqdalasına penisilinin yeridilməsindən sonra ilk olaraq görmə sisteminin bütün strukturalarında, torlu qişa da, yaranmış epileptik qıcolmaları (iktal və interiktal spayklar) elektrofizioloji eksperimentlərdə müşahidə edilir.