Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İntellektual informasiya-ölçmə sistemləri laboratoriyası

İntellektual informasiya-ölçmə sistemləri laboratoriyası
Tel. (+994 12) 5391388 
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.10@isi.az
Struktur bölmənin rəhbəri tex.ü.f.d., dosent İsayev Məzahir Məhəmməd oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Texnoloji proseslərin müxtəlif səviyyəli robast nəzarət, diaqnostika və idarəetmə sistemlərinin intellektual texnologiyalarının və sistemlərinin işlənilməsi.
Əsas elmi nəticələri

- Neftin uçot qovşağında məhsulun miqdarının dəqiq təyini məqsədi ilə onun tərkibində olan çoxsaylı qarışıqların parametrlərinin qiymətləndirilməsi üçün inteqral göstəricinin təyini alqoritmi və struktur model təklif olunmuş, çoxparametrli obyektlərin paylanmış strukturlu informasiya-ölçmə sistemlərinin informativ parametrləri arasındakı funksional asılılıqlar müəyyən edilmişdir;

- Respublika ərazisində çıxarılan neftin parametrlərini yüksək dəqiqliklə təyin etmək üçün effektiv və etibarlı strukturaya malik, qlobal şəbəkəyə çıxışı olan avtomatlaşdırılmış intellektual multisistem və alqoritmi müəyyən edilmişdir;

- Xam neftin uçot qovşağında yüksək ölçmə dəqiqliyini təmin edən yeni strukturalı informasiya-ölçmə və idarəetmə sisteminin topoloji strukturu işlənmişdir;

- Etalon maye kütlələrinin hidrostatik təzyiqlərinin yüksək dəqiqliklə ölçülməsi hesabına ixtiyari həndəsi ölçülü neft çənləri üçün fərdi kalibirləmə cədvəllərinin (FKC) tərtibatı metodikası və proqram-alqoritmik təminatı işlənmişdir;

- Müxtəlif həndəsi ölçülü və konfiqurasiyaları neft çənləri üçün avtomatik dərəcələmə sistemi və alqoritm işlənilmiş, xəta təşkilediciləri tədqiq edilmiş, təshihedici alqoritmlər işlənmişdir.