Tel. | (+994 12) 5396948 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğlu | |
İşçilərin ümumi sayı | ||
Əsas fəaliyyət istiqamətləri | Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və informasiya texnologiyalarının yaradılması. | |
Əsas elmi nəticələri |
1.İlk dəfə olaraq fövqəladə halların səbəb-nəticə və məkan-zaman əlamətlərinə görə identifikasiyası və təsnifatı üçün riyazi metodologiya işlənmiş, təhlükəyə məruz qalmış regionun idarəetmə obyekti kimi riyzi təsviri verilmişdir; 2.Fövqəladə hallarda çevik idarəetmə məsələlərinin həlli üçün riyazi modellər, metodlar və yeni informasiya texnologiyaları işlənmişdir; 3.Potensial təhlükəli obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası işlənmişdir; 4.Qəzaya səbəb olan təsadüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişiklikləri olan prosesləri modelləşdirmək və beləliklə ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etmək üçün yeni metodologiya işlənmişdir; 5.Qəzaların monitorinqi üçün nproqnoz məsələlərinin həll alqoritmləri işlənmişdir; 6.Zaman sıralarının qabaqcadan klasterləşdirilməsi yolu ilə ən yaxın qonşu metodu ilə proqnozlaşdırmanın selektiv və hibrid növlərinin kombinə edilmiş modelləri işlənmişdir; 7.Hava və su mühitində çirkləndirici maddələrin yayılmasının riyazi modelləri işlənmişdir; 8.Fövqəladə halların inkişaf proseslərinin dağıdıcı təsirlərin təzahürünün və müdafiə tədbirlərinin yerinə yetirilməsinin alternativlərini əks etdirən yönəldilmiş multiqraf şəklində göstərilməsi; 9.Fövqəladə hallarda əsas idarəetmə məsələlərinin ifadə edilməsi və onların operativ idarəetmə konturlarının iyerarxik sistem şəklində dekompozisiyası; 10.Qeyri-müəyyənlik şəraitində su ehtiyatlarının idarə edilməsinin riyazi modeli; 11.Qazdan təhlükəli müəssisənin ekoloji modelinin yaradılmasının riyazi modeli; 12.Yanan hissəciklərin sürətinin və maksimal uçuş məsafəsinin hesablanmasının analitik düsturu verilmişdir; 13.Texnogen təsir risklərinin minimallaşdırılması məsələsinin həllinin robast metodu təklif olunmuşdur; 14.Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün ədədi modelləşdirmə metodu işlənmişdir; 15.Hərbi fəaliyyət ərazilərində ekoloji proseslərin riyazi modeli işlənmişdir. |