Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Elektro- və bioaktiv polimer materialları laboratoriyası

Elektro- və bioaktiv polimer materialları laboratoriyası
Tel. (+994 18) 5851165
Faks (+994 18) 6420400
Elektron poçtu ipoma@science.az
Struktur bölmənin rəhbəri Məmmədov Bəxtiyar Əjdər oğlu

AMEA-nın müxbir üzvü, prof.

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Funksionaləvəzli aromatik polikonyuqə olunmuş əlaqələr sistemli yüksəkmolekullu birləşmələrin sintezi metodlarının işlənib hazırlanması və onların əsasında termiki davamlı, yüksək mexaniki möhkəmlik, elektrikkeçirmə və bioaktivlik xüsusiyyətlərinə malik polimer materialların yaradılması, onların alınma qanunauyğunluqlarının, xassələrinin və praktiki tətbiq imkanlarının müəyyən edilməsi.
Əsas elmi nəticələri Xinon­ların polimerləşməsi və bir sıra vinil mono­merləri ilə sopolimerləş­məsi, fenolların, difenolların, naftolların və aromatik aminlərin oksidləşmə homo- və sopo­likon­densləşməsi reaksiyalarının kinetik qanu­nauyğunluqları və məhsulları tədqiq olunmuş, bu proseslərin elmi əsasları yaradılmış, mexanizmləri müəyyən edilmiş, aromatik polikonyuqə olunmuş əlaqələr sistemli polifunksional reaksi­yayaqabil yük­səkmolekul­lu birləşmələr sintez olunmuş, onların sənayedə istehsal olunan termoplastlarla, elastomer­lərlə və qatranlarla stabil və yüksək elektrikkeçirici və bioaktiv kompozisiyaları, o cümlədən nanokompozisi­yaları işlənib hazırlanmışdır.

Laboratoriyanın fəaliyyəti dövründə 500-dən çox elmi əsər dərc etdirilmiş, 25-dən çox kimya elmləri namizədi və kimya üzrə fəlsəfə doktoru, 4 kimya elmləri doktoru dis­sertasiya işləri müdafiə edilmişdir. Laboratori­yanın əməkdaşları 4 qrant layihəsinin yerinə yetirilməsində iştirak etmişdir.