Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Funksional "Smart" polimerlər laboratoriyası

Funksional "Smart" polimerlər laboratoriyası
Tel. (+994 18) 6425875
Faks (+994 18) 6420400
Elektron poçtu  
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Yeni konyuqə edil­miş və izolə olunmuş funksionaləvəzli viniltsiklopropan mo­nomer­ləri­nin sintezi, onların əsasında funksional poli­­mer­lərin əmələgəlmə və çevrilmə proseslərinin kompleks tədqiqi; “quruluş-xassə” asılılığının əsaslı surət­də öyrənilməsi; funk­­sionaləvəzli poli­­­pen­te­na­mer­lə­rin əmələ­­gəlmə konsep­siya­sının yaradılması; alınan  polimerlər əsasında kom­­­­­pozisiya material­­la­rı­­nın hazır­lan­ması; viniltsiklopro­pan­la­rın bir­ləş­mə, telomerləşmə və poli­­mer­ləş­mə reak­siya­­­la­rı­nın me­xa­­nizmlərinin tədqiqi; alınmış addukt­ların, telomer­lə­rin, homo- və sopolimer­lə­ri­n işti­rakı ilə hazırlanmış kom­po­zi­siya ma­te­riallarının quruluş və xas­sə­­lərinin öyrə­nil­məsi; karbo- və he­te­­ro­­zən­cirli poli­mer­lə­rin sintezi, onların əsasında yüksək həs­sas­­lığa malik foto- və elek­tron­rezistlərin hazır­lan­ması; poliolefinlərin və doymamış elasto­mer­lə­­­rin funksio­nal­laş­dı­rılması pro­ses­­­lə­ri­nin tədqiqi və müxtəlif  təyinatlı kompozisiya mate­rial­larının hazırlanması.
Əsas elmi nəticələri Funksionaləvəzli viniltsiklopropanların polimerləşmə və birgəpolimerləşmə reaksiyaları tədqiq edilmiş və onların ikimərhələli izomerləşmə ilə gedən mexanizmi təklif olunmuşdur. Karbo- və heterozəncirli polimerlərin, o cümlədən foto- və elektron rezistlərin hazırlanması üçün şüa və elektron selinə həssas polimerlərin sintezi və modi­fi­ka­si­­yası üsul­ları işlənib hazır­lan­mış; sə­na­­yedə istehsal olu­nan poliolefinlərin və doymamış elastomerlərin funk­sional­laş­dı­rıl­ması həyata keçirilmiş; poliolefin və polialkadiensulfonlar, yan zəncirində tsiklopropan qrupları saxla­yan rezistlər kimi yararlı polimerlər, kompozisiya materialları üçün əlaqələndirici reaksiyayaqabil doy­mamış epoksioliqomerlər işlənib hazırlanmışdır.

Laboratoriya kollektivi öz fəaliyyəti dövründə 400-dən artıq elmi əsər nəşr et­dir­miş, 20-dən artıq elmlər namizədi və elmlər doktorları hazırla­mış­dır.