Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi laboratoriyası

Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi laboratoriyası
Tel. (+994 50) 3204028,

(+994 12) 5108591 

Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_14@kqki.science.az  
Struktur bölmənin rəhbəri

Qüdrət İsfəndiyar oğlu Kəlbəliyev

Texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü 

İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Kütlə və istilik mübadiləsi proseslərinin modelləşdirilməsi, texnoloji proseslər üçün aparatların seçilməsi və hesablan­ması, optimallaşma üsullarının işlənilməsi və paket proqramlarının  hazırlanması. 
Əsas elmi nəticələri Nəzəri olaraq, dispers sistemlərdə müxtəlif hissəciklərin hidrodinamik qüvvələr təsiri altında birləşməsi, parçalanması, ayrılması və çökməsi proseslərinin mexanizminin təyin edilməsi və təcrübi cəhətdən təsdiqlənməsi, onların istilik və kütlə mübadiləsinə, sistemin reologiyasına və hidrodinamik axımına təsirinin təhlili və riyazi modelləşdirilməsi aparılmışdır. Qeyri-sabit istilik və kütlə mübadiləsi proseslərinin, o cümlədən neft emalı proseslərinin istilik sistemlərinin, neftayırmada neft emulsiyalarının ayrılma və təmizlənmə proseslərinin, tozvari material­ların dənəvərləşməsi, elektromaqnit sahələrdə cisimlərin qurudulması, çirkab suların təmizlənməsi və sair proseslərin təhlili, hesablanması, modelləşdirilməsi işlənib hazırlanmışdır.