Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Nadir metalların kompleks birləşmələri laboratoriyası

Nadir metalların kompleks birləşmələri laboratoriyası
Tel. (+994 12) 5108591
Faks (+994 12) 5107442 
Elektron poçtu laboratory_25@kqki.science.az
Struktur bölmənin rəhbəri Fidail Fətulla oğlu Cəlaləddinov

Kimya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Nadir  metalların  kompleks birləşmələrinin  sintezi  və  onların termiki çevrilmələri vasitəsilə müxtəlif materialların səthində metal örtüklərinin  və nanokompozitlərin alınması. 
Əsas elmi nəticələri Manqan, renium, platin və palladiumun tərkibində S-, O- və N- olan polifunksional liqandlarla kompleks birləşmələrin sintezi aparılmış, onların quruluş və xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, reniumun kompleks birləşmələri bir sıra üzvi sintez proseslərində, o cümlədən də olefinlərin oksidləşməsi və metatezis proseslərində katalizator kimi istifadə oluna bilərlər.

Manqanın aminturşularla birləşmələri mikrogübrə kimi istifadə olunurlar. Platin və palladiumun komplekslərinin bioloji sistemlərdə ağır metalların tutulmasında ələk rolunu oynadığı müəyyən edilmişdir.