Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Dəmir və titan tərkibli filiz xammalının emalı labaratoriyası

Dəmir və titan tərkibli filiz xammalının emalı labaratoriyası
Tel. (+994 12) 5108592
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_19@kqki.science.az
Struktur bölmənin rəhbəri Asif Nəsib oğlu Məmmədov

k.e.d., professor 

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Dəmir və titan tərkibli filiz xammalının  emalı, poladəritmə və ovuntu metallurgiyası üçün metallaşmış dənəvərlər, dəmir ovuntularının alınması və digər qiymətli  komponentlərin  çıxarılması  prosesinin  tədqiqi. 
Əsas elmi nəticələri Daşkəsən dəmir filizlərinin əsaslı və kompleks zənginləşdirilməsi, maqnetit superkonsentrat¬larının dənəvərləşdirilməsi və onların metallaşmış dənəvərlər və dəmir ovuntuları almaqla təbii qazla bilavasitə reduksiyası; dəmir ovuntusu ilə yanaşı, “süni rutil”, xrom birləşmələri, γ--Al2O3, yüksək təmizlikdə V2O5 almaq və işlənilən reagent¬ləri regenerasiya etməklə səpələnmiş sahil, şelf və əsas intruziv  titanmaqnetitlərin kompleks emalı; Cənub Daşkəsən yataqlarının dərin qatlarındakı sulfidli maqnetit filizlərinin yüksək keyfiyyətli maqnetit superkonsentratı (70 % Fe) və mis-kobalt flotasiya konsentratı almaqla kompleks zənginləşdirilməsi; yeni aşkar edilmiş Acınohur titanmaqnetitli qum daşlarının kompleks emalı nəticəsində dəmir ovuntuları və titan birləşmələri almaq üçün titanmaqnetit konsentratlarının alınması, dənəvərləşməsi və reduksiyası, həmçinin sənaye tullantılarının səmərəli istifadəsi prosesləri işlənib hazırlanmışdır.  Azərbayca¬nın qara metallurgiyasının inkişaf konsep¬siyası işlənib və hökümət tərəfindən qəbul edilmişdir. Filizin bütün mərhələlər üzrə səmərəli emalı və sənaye miqyasında sınaqdan keçirilməsinin nəticələri əsasında yerli xammaldan 1 mln. ton polad istehsalı kompleksinin layihəsi Almaniyanın “Fer-rostaal” metallurgiya şirkəti ilə birlikdə hazırlanmışdır.