Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  2 saylı şöbə

2 saylı şöbə
Tel. (+994 12) 5104253
Faks  
Elektron poçtu depart2@iit.science.az
Struktur bölmənin rəhbəri Yadigar Nəsib oğlu İmamverdiyev
Texnika üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri 

- Elektron dövlətin informasiya təhlükəsizliyinin idarə olunması problemləri;

- Kiber-fiziki sistemlərin təhlükəsizliyi;

- Bulud texnologiyalarının təhlükəsizliyi;

- Zərərli proqram təminatının aşkarlanması metodları;

- Kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması, monitorinqi və auditi problemləri;

- İnternet kriminalistika problemləri;

- Biometrik texnologiyalar;

- Sosial şəbəkələrin analizi və təhlükəsizliyi;

- Veb sistemlərin təhlükəsizliyi məsələləri;

- İnformasiya təhükəsizliyinin təmin edilməsi üçün süni intellekt metodları

- Tətbiqi kriptoqrafiya

Əsas elmi nəticələri

- İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;

- Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;

- Kompüter şəbəkələrində müdaxilələrin adaptiv aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;

- Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün metodlar və alqoritmlər işlənmişdir;

- Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında ekranlaşdırma modelləri işlənmişdir; - Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;

- Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;

- İnformasiya sahəsində milli maraqlara strateji risklərin konsensus ranqlaşdırılması metodu işlənmiş, qarşılıqlı asılı kritik informasiya infrastrukturlarında risklərin qiymətləndirilməsi metodu və milli İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modelləri təklif edilmişdir;

- Biometrik şablonların mühafizəsi və saxta biometrik nümunələrin aşkarlanması metodları, biometrik verilənlərdən kriptoqrafik açarların generasiyası metodları və multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri işlənmişdir;

- E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model və operativ idarə edilməsi üçün situativ idarəetmə modeli təklif edilmişdir;

- Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;

- Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;

- Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;

- Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması və klassifikasiya məlumatlarının optimal aqreqasiyası metodları təklif edilmişdir;

- Kiber-fiziki sistemlərdə kiberhücumların modelləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi üçün hücum ağacı modeli təklif edilmişdir.