Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Quru onurğalıları laboratoriyası

Quru onurğalıları laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 17 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyada Azərbaycanın herpetofaunası, ornitofaunası, teriofaunasının nadir, təhlükədə olan, eləcə də təsərrüfat əhəmiyyətinə malik çoxsaylı  növlərinin yayılması, bioloji (morfoloji, sitogenetik, etoloji və s.)  və ekoloji xüsusiyyəti, sayı, bu növlərə təsir edən amillər, yayılması, iqtisadi faydası olan növlərin süni şəraitdə coxaldılması,  tarixi areallarda bərpası, genofondunun saxlanılması, səmərəli mühafizəsi və əhalinin ekoloji maarifləndirilməsi
Əsas elmi nəticələri Teriologiya seksiyası

Azərbaycanda məməli heyvanların öyrənilməsi 240 il bundan əvvələ təsadüf edir. Tədqiqatlar əsasən xarici alimlər Güldenştadt (1770), S.Qmelin, E.Menetrie (1832), F.Hohenaker (1837), F.Kolenatı (1858), F.F.Filippo (1875), K.Kessler (1878), Q.Radde (1886, 1895, 1899), K.Satunin (1912, 1915, 1920) tərəfindən aparılmışdır. Keçən əsrin 50-60-cı illərində X.M.Ələkbərov respublikanın cənub-qərbində məməlilər sahəsində tədqiqatlar aparmışdır. Onun tərəfindən bu ərazidə məməli heyvanların 61 növü qeydə alınmış, onların müxtəlif yaşayış yerlərində sayları, çoxsaylı növlərin ekoloji xarakteri, paylanması öyrənilmiş və antropogen amillərin təsiri altında teriofaunanın gələcəkdə dəyişmələri haqqında proqnozlar verilmişdir. Bu tədqiqatların nəticələri onun 1966-cı ildə yazılmış «Млекопитающие юго-западного Азербайджана» monoqrafiyasında ümumiləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, XIX və XX əsrlərdə (Сатунин 1915, 1920: Огнев 1928, Верещагин 1942, 1959, Х.М.Алекперов 1966, Соколов, Тембетов 1989) cücüyeyənlər(İnsectivora) dəstəsinə daxil olan növləri tədqiq etmişlər. Ə.G.Qoşunəliyev tərəfindən respublikanın (Soricidae) həşəratyeyənləri dəstəsinə iki növ daxil etmişdir: Erinaceus roumanicus Barret-Hamilton, 1990, Crosidura caspica Thomas. N.Ə.Həsənov Abşeron-Qobustan teriofaunası siyahısına 3 yeni həşəratyeyən növü (Erinaceus roumanicus, Suncus etruscusvəCrocidura leucodon) əlavə edilmişdir. Hal-hazırda Azərbaycanda 3 fəsiləyə, 7 cinsə daxil olan 13 növ aşkar olunmuşdur.

XX əsrin 60-cı illərindən başlayaraq İrina Rəhmətulina yarasalar (Chiroptera) sahəsində xüsusi tədqiqatlar həyata keçirmişdir. Öz çoxillik fasiləsiz çöl işləri ilə kriptik növləri təftiş etmiş və özünün «Рукокрылие Азербайджана (фауна, экология, зоогеография, 2005) adlı monoqrafiyasında ümumiləşdirmiş və respublika üçün 5 yarasa növü əlavə etmişdir (Myotis brandtii Eversman, 1845, M. daubentonii Kuhl, 1817, M. alchatoe von Helverson & Heller, M. aurascens Kuzjakin, 1935, M. nipalensis Dobson, 1871; Onun məlumatlarına görə müasir faunada yarasaların 4 fəsiləsi, 18 cinsi və 30 növü vardır.

İnstitut terioloqlarının əksəriyyəti məməlilərin ən böyük qrupu gəmiricilər (Rodentia) sahəsində tədqiqatlar aparır. XX əsrin 60-cı illərindən başlayaraq X.M.Ələkbərov, Ş.Əliyeva, S.Yerofeyeva, Y.Eygelis, Q.Quliyev, N.Qasımova, R.Nəcəfova, E.Məmmədrzayeva, E.Əsgərov respublikanın müxtəlif landşaft və vilayətlərində gəmiricilərin kəmiyyət, növ tərkibi populyasiya səviyyəsində çoxcəhətli (ekoloji, morfoloji, morfometrik, morfofizioloji, sitogenetik) tədqiqat işləri aparmışlar. Q.N.Quliyev tərəfindən sitogenetik metodların tətbiqi nəticəsində gəmirici dəstəsinin ayrı-ayrı qruplarında (Murinae, Gerbilinae, Microtinae və digərlərində) növəmələgəlmə proseslərində xromosom mutasiyalarının rolu öyrənilmiş və onun əsasında kladoqramma tərtib edilmişdir. Kompleks metodlardan, o cümlədən xromosomların differensial rənglənməsi metodlarından (C-, G- və AgNOR) istifadə olunaraq Sciurus vulgaris, Mus abbottiWaterhouse, 1837,Sylvaemus uralensis Pallas, 1811, S.fulvipectus Ognev, 1924, S. hyrcanicus Vorontsov, Boyeskorov et Mezhzherin, 1912, S.ponticus Sviridenko, 1936, S.uralensis, Microtus (Terricola) dagestanicus Schidlovsky, 1919, M.(T.) nazarovi Schidlovsky, 1938) növləri sistematikaya daxil edilmişdir. Bir sıra növlər (Apodemus sylvaticus və A.flavisollis) Azərbaycanda yayılmadığı üçün sistematikadan çıxarılmışdır. Hal-hazırda Azərbaycanda 7 fəsiləyə daxil olan 19 cinsin 37 gəmirici növü mövcuddur.

1955-1963-cü illərdə cütdırnaqlılar (Artidactula) dəstəsində (əsasən, çöl donuzu üzrə) xüsusi tədqiqat işləri aparılmışdır (M.Səfərov). S.M.Quliyev 1972-ci ildən başlayaraqAzərbaycanda 8 növ vəhşi cütdırnaqlı heyvanın bioloji və ekoloji xüsusiyyətlərinin tədqiqi zamanı3 qanunauyğunluq aşkar etmişdir: 1. Populyasiyalarda balavermə və qısırlıq %-nin yaşlı fərdlərin miqdarından asılı olaraq dəyişməsi. 2. Populyasiyalarda balavermə və qısırlıq %-nin erkək fərdlərin miqdarından asılı olaraq dəyişməsi. 3. Populyasiyaların yayıldığı XMOTƏ (Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri)-lərində onlara təsir edən narahatedici amillərin və mühafizə səviyyəsinin sürülərin ölçüsü ilə müəyyən edilməsi.

Sylvaemus cinsinə daxil olan üç növ arasında aparılan (S. uralensis, S. fulvipectus, S. ponticus) hibridləşmə tamamilə mənfi nəticələrin alınmasına səbəb oldu. Çarpazlaşma variantlarının heç birində hibrid nəsil alınmadı. Şərqi Avropa adi çöl siçanı -Microtus obscurus növünün Böyük və Kiçik Qafqaz iki kariotip variantlarının çarpazlaşması zamanı həyat qabiliyyətinə malik olmayan dölsüz nəsillər alınmışdır (E.T.Məmmədrzayeva).

Respublikada yırtıcılar az öyrənilən sahə hesab edilir. Onların taksonomik statusu, yayılması, sayı, ekologiyası haqqında bəzi məlumatlar D.Hacıyev tərəfindən «Azərbaycanın heyvanlar aləmi» - 3-cü hissəsində verilmişdir (2000, 2004). Son illərdə laboratoriyanın əməkdaşları tərəfindən ayı, çay samuru, zolaqlı kaftar, bəbirin sayı və onların ekoloji vəziyyətini öyrənmək üçün xüsusi tədqiqat işləri aparılır. Kiçik Qafqazın Zəngəzur (Naxçıvan nəzərdə tutulur) hissəsində foto-tələlərdən istifadə edərək və çöl müşahidələri zamanı bəbirin foto və video təsviri əldə etmişdir (E.K.Əskərov).

H.Əliyev Fondu və Ümumdünya Təbiəti Mühafizə Fondunun iştirakı ilə ceyranların reintroduksiyasına aid tədbirlər həyata keçirilmişdir. Şirvan Milli Parkından tutulmuş ceyranların 200 fərdi tarixi ərazilərinə köçürülmüşdür. Bu prosesin açılış mərasimində ölkə başçısı İ. Əliyev, Heydər Əliyev Fondunun rəhbəri M. Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırov iştirak etmişlər.

S.M.Quliyev tərəfindən (Quliyev 2015). Azərbaycanın fiziki coğrafi vilayətlərində populyasiyaların quruluşu və tərkibi, fəsillərlə əlaqədar yaşa və cinsiyyətə görə qruplaşmaları müqayisəli şəkildə öyrənilmişdir. Hər birnöv üzrə onların qida rasionları və məskunlaşdığı ərazilər müəyyən olunmuşdur. Çöl donuzunun (Sus scrofa L., 1758) yaşayış yerləri son 70-75 illərdə insanların məskunlaşması nəticəsində 50-55%, Avropa cüyürünün (Capreolus capreolus L.,1758) yaşayış əraziləri 70 il ərzində antropogen təsirlər nəticəsində 65-70% azalmışdır. Qafqaz nəcib maralı (Cervus elaphus L., 1758) yayıldlğl landşaftlar aqrosenozlara çevrilmişdir. Ceyranın (Gazella subgutturoza Guld.,1780) Azərbaycanda yayıldığı ərazilər 85-90% azalmışdır. Azərbaycanda 6 növ vəhşi cütdırnaqlı heyvanın bioloji və ekoloji xüsusiyyətlərinin (qorunması, artırılması, gələcəkdə davamlı və səmərəli istifadə edilməsinə dair elmi-metodik tədbirlərin və təkliflərin hazırlanmasına) öyrənilməsinə həsr edilmişdir.

Azərbaycanın məməlilər faunasında hal-hazırda 110 məməli heyvan növünün mövcud olduğu müəyyənləşdirilmişdir (Pахматулина, Г.Кулиев 2011, Рахматулина 2013). Son məlumatlara əsasən azərbaycanda məməli heyvanların 114 növü yayılmışdır.

Ornitologiya seksiyası

Su-bataqlıq quşlarının əsas toplantı yeri müəyyən edilmiş və xəritələşdirilmişdir.

İlk dəfə olaraq Kürsəngi gölünün və Yenikənd subasarının ornitoloji əhəmiyyəti aşkar edilmişdir.

Lənkəran təbii vilayətində 65 növ quşun, Xəzərin Azərbaycan sahillərində isə 76 növ quşun müasir vəziyyəti müəyyən edilmiş və onların qorunması üçün elmi əsaslar hazırlanmışdır.

CITES konvensiyasına daxil etmək üçün 24 quş növü haqqında hazırlanmış elmi məlumatlar bəyənilərək qəbul edilmişdir.

Azərbaycanın “Qırmızı Kitabı”na daxil etmək üçün 30 quş növü müəyyən olunmuş, onlar haqqında yazılmış məlumatlar həmin kitabın 2-ci nəşrinə (2013) salınması üçün tövsiyə edilmişdir.

Azərbaycanın Milli Atlasının tərtibində ornitologiya laboratoriyasının əməkdaşlarının tədqiqatlarının nəticələrindən istifadə edilmişdir.

Azərbaycanın Qırmızı Kitabı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmişçöl muymulunun süni şəraitdə artırılıb təbiətə qaytarılması texnologiyası hazırlanmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmişdir.

Azərbaycanın Qırmızı Kitabı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş məzar qartalının bioekoloji, etoloji xüsusiyyətləri, limit amilləri öyrənilmiş və səmərəli mühafizəsinin elmi əsasları hazırlanmışdır.

Saqqallı quzugötürən, leşcil ağqartal, ağbaş və keçəl qarakərkəslərin Azərbaycan ərazisində yerləşməsi, bioloji, etoloji xüsusiyyətləri, limit faktorları öyrənilmiş, təbiətdə davamlı surətdə inkişafları üçün süni yemləmə metodikası hazırlanmış və Türyançay, Korçay Dövlət Təbiət Qoruqlarının ərazisində tətbiq olunmuşdur.

Quşçuluq sənayesində qapalı şəraitdə yetişdirilən toyuqkimilərin davranışlarını idarə edən “Biotexniki siqnal kompleksi”, böyüməni sürətləndirən “Broyler radioelektron stimulyatoru”, bir sutkalıq cücələrin cinsiyyətini təyin edən avtomatik “Diapazon cihazı”, inkubasiyada cücələrin sinxron çıxmasını təmin edən “Sinxritemp” radioelektron stimulyatoru hazırlanmışdır.

Aşağıdakı patentlər alınmışdır:

“Qapalı şəraitdə yetişdirilən quşların məhsuldarlığının artırılması üsulu”. İ 2007 0031.

“Qapalı şəraitdə yetişdirilən toyuqların cinsi aktivliyinin yüksəldilməsi üsulu”. A20090116.

Herpetologiya seksiyası

Zaqafqaziya irigürzəsinin təbii ehtiyatından davamlı istifadə məqsədilə ilan zəhəri istehsalının elmi əsasları müəyyən edilmişdir.

Zaqafqaziya irigürzəsinin reproduktv fəaliyyətində ilk dəfə embrional diapauza mərhələsi aşkar edilmiş və bu hadisə növün stabilliyini qorumaq üçün təkamül prosesində reproduktiv uyğunlaşma kimi qiymətləndirilmişdir.

Qafqaz və Talış quru qurbağalarının müasir ekoloji vəziyyətləri barədə əldə edilmiş elmi məlumatlar Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinə (IUCN) təqdim edilmiş, bu məlumatlara əsasən IUCN-nin eksperti Phil Bowleslə birlikdə bu növlərin beynəlxalq qorunma statusları müəyyənləşdirilmiş, IUCN-nin Qırmızı Siyahısında Qafqazın endem və sayca azalmaqda olan həssas növləri kimi təsvir edilmişdir (VU - Vulnerable, A2bce, IUCN-version 3.1.).

Laboratoriyanın əməkdaşları tərəfindən Azərbaycan faunasının Qırmızı kitabının II nəşrinə daxil edilən 6 növ amfibi və 9 növ sürünən barədə məlumatlar yazılmış, 14 kərtənkələ və ilan növü barədə məlumat verilmişdir. Bu nəşrə amfibilərdən fauna üçün yeni növ olan (Bufo eichwaldi), 4 növ sürünən: Ablepharus pannonicus, Zamenis persicus, Zamenis hohenackeri, Elaphe sauromates adlarının salınmasıtövsiyyə edilmişdir.

Son illərdə Lənkəran təbii vilayəti ərazisində yayılan Qafqaz quru qurbağasının xarici ölkə alimləri tərəfindən aparılan genetik və biokimyəvi analizlərinin nəticələrinə görə bu qurbağanın yeni növ – Talış quru qurbağası olduğu müəyyən edilmiş, beləliklə, Azərbaycanda amfibilərin 11 növünün olduğu müəyyən edilmişdir.

Karelin tritonunun sayı və arealının antropogen amillərin təsirindən kəskin surətdə azaldığı aşkar edilmiş, onların yeni yayılma əraziləri (Lənkəranın Qurunba, Haftoni kəndləri və Hirkan qəsəbəsi ətrafı) müəyyənləşdirilmişdir.

Suriya sarımsaqiyli qurbağasının yeni arealları (Astara rayonunun Qamışlıq stansiyası ətrafı, Balıqçılar qəsəbəsi) tapılmışdır.

Qafqaz xaşlıcası – Mazıx, Katex və Qəbizdərə kəndləri yaxınlığında, Zaqatala qoruğu ərazisində isə çömçəquyruqları qeydə alınmışdır.

Xarabalıq kələzinin Lerik rayonu üzrə yeni yayılma əraziləri tapılmışdır. Zolaqlı çılpaqgöz kərtənkələnin dəniz səviyyəsindən 1900-2200 m hündürlüklərdə lokal şəkildə yeni əraziləri, son yüz ildə ilk dəfə Zuvand ərazisində isə takırlıq girdəbaş kərtənkələsinin yayıldığı müəyyənləşdirilmişdir.

Cənubi Qafqaz təlxəsi (Zamenis hohenackeri hohenackeri Str. 1873) növünün yeni yaşayış yeri və ekoloji xüsusiyyətləri, Zolaqlı çılpaqgözün (Ablepharus bivittatus Menet 1832) yayılması və bioekoloji xüsusiyyətləri, Asiya çılpaqgözlüsünün (Ablepharus pannonicus Licht. 1823) növdaxili coğrafi dəyişkənliyi, Çəmən kərtənkələsinin morfometrik və bioekoloji xüsusiyyətləri tədqiq edilmişdir.

Zaqafqaziya iri gürzəsi (Macrovipera lebetina obtuza Dw,.1832) populyasiyalarının yaş strukturuna antropogen amillərin təsiri, bu növün reproduktiv fəaliyyətində adaptasiya xüsusiyyətləri (embrional diapauza) öyrənilmiş, Azərbaycanın şimali-qərb hissəsindəki arid və semiarid ekosistemlərdə sürünənlərin müasir vəziyyəti, nadir amfibi növlərinin (Qafqaz quru qurbağası-Bufo verrucosissumus Pall., 1814 və Qafqaz xaçlıcası-Pelodytes caucasicus Boul.,1896) yayılması və sıxlığı barədə məlumatlar əldə edilmişdir.