Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Elmi-texniki informasiya şöbəsi

Elmi-texniki informasiya şöbəsi
Tel. (+994 12) 4965145; (+994 12) 4902073  
Faks (+994 12) 4903520  
Elektron poçtu

ipcp_lab3@mail.ru

azmea_nkpi@box.az 
Struktur bölmənin rəhbəri t.e.d. prof. Əliyeva Leylufər İmran qızı 
İşçilərin ümumi sayı 58
Əsas fəaliyyət istiqamətləri  Şöbənin nəzdində “Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma” və “Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiya” laboratoriyaları, Elmi kitabxana, Patent-lisenziya tədqiqatlar, Poliqrafiya-nəşriyyat qrupları və jurnal Redaksiyası fəaliyyət göstərir.  İnstitutda aparılan tədqiqatlar üzrə elmi-texniki və patent məlumatların toplanması, təhlili. Elmi əsərlərin məcmuələrinin, icmalların, topluların, patent-lisenziya materialların, biblioqrafiya və kitabların, internet ekpress-informasiya bülletenlərinin tərtibi, ekspertiza komissiyalardan keçirilməsi və nəşrə buraxılması. Bakı Beynəlxalq Məmmə-dəliyev konfranslarının, Azərbaycan-Rusiya Simpoziumlarının, elmi seminarların təşkili və keçirilməsi. Xarici elmi təşkilatlarla və tanınmış alimlərlə əlaqələrin yaradılması. Dünyanın qabaqcıl ölkələrinin neft-emalı və neft-kimya komplekslərində istehsal edilən sənaye məhsullarının kompüter məlumat bankının yaradılması. İnstitutda işlənib hazırlanan məhsullara normativ sənədlərin tərtibatı və dövlət qeydiyyatından keçiril-məsi. İnstitutun elmi-texniki kitabxanasının fondunun qorunub saxlanılması və dünyanın bir çox ölkələrinin çap edilmiş elmi, elmi-populyar jurnallarla, kitablarla zənginləş-dirilməsi. İnstitutda “Neft-kimyası və neft-emalı prosesləri” və “Elm dünyası” elmi və elmi-populyar jurnallarının tərtibatı və nəşrə hazırlanması. İnstitutda yerinə yetirilən çap işlərinin (kitab, monoqrafiya, jurnal, hesabatlar, bukletlər, blanklar və s.) cildlənməsi və nəşri. 
Əsas elmi nəticələri Konfrans və simpozium materiallarının tərtibi və redaktəsi. İnstitutda hazırlanan məhsulların ilkin sınaqlarının keçirilməsi və normativ sənədlərin hazırlanması (AZ Standart, Texniki şərtlər və s.), monoqrafiya və kitabların elmi redaktəsi. İnformasiya mənbələrdən yeni məlumatların toplanması, təhlili və tərcüməsi, İnstitutun elektron elmi bazasının yaradılması və təkmilləşdirilməsi.