Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Azottərkibli birləşmələr laboratoriyası

Azottərkibli birləşmələr laboratoriyası
Tel. (+994 12) 4902476  
Faks (+994 12) 4903520  
Elektron poçtu amenzer@mail.ru  
Struktur bölmənin rəhbəri k.f.d. Əmiraslanova Mənzər Nəzaməddin qızı 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Azotlu birləşmələrlə (amin və amidlər) modifi-kasiya olunmuş fenol-, alkilfenolformaldehid oli-qomerlərinin alınma üsullarının işlənib hazırlan-ması,analoji çevrilmələrinin həyata keçirilməsi, proseslərin elmi-nəzəri əsaslarının müəyyənləş-dirilməsi və tətbiq üçün tövsiyələrin verilməsi. Tərkibində azot saxlayan fenolformaldehid oli-qomerləri əsasında örtük,yapışqan əlaqələndirici kompozisiya tərkiblərinin yaradılması.           Fenol və onun törəmələrinin azotlu birləşmələr iştirakında və ya sonuncuların ayrılıqda propilen oksidi ilə  oliqomerləşməsi prosesinin tədqiqi və bu məhsulların mühərrik və sənaye yağlarına müxtəlif təyinatlı aşqarlar,səthi-fəal birləşmələr kimi və digər sahələrdə tətbiqi üçün tövsiyələrin verilməsi. 
Əsas elmi nəticələri “Azotlu birləşmələr laboratoriyası” 1969-cu ildə yaradılmışdır. Bu illər ərzində aromatik karbohidrogenlərin oksidləşdirici ammonozindən aromatik nitrillərin (benzonitril, tereftalonitril) və so-nuncuların hidrogenləşməsi və hidratlaşması ilə müvafiq aromatik amin və amid birləşmələrinin (benzilamin,ksililendiamin, benzamid, tereftaldi-amid) alınma üsulları işlənib hazırlanmışdır.       Azotlu birləşmələrlə (benzilamin,benzamid, ben-zoquanamin) modifikasiya olunmuş fenol-  və al-kil(C8-C12) fenolformaldehid oliqomerlərinin, onların n-butil efirlərinin alınması, modifikasiya olunmuş və modifikasiya olunmamış fenol oliqomerlərinin hibridləşməsi və efirləşdirilməsi üsul-ları işlənib hazırlanmışdır.Tərkibində azotlu funk sional qruplar saxlayan hibridləşmiş fenolformal-dehid oliqomerləri yüksək fiziki-mexaniki xassələrə malik qoruyucu örtük, kompozisiya tərkiblə-ri, yüksək adgeziya möhkəmliyi olan yapışqan materialları, elektrotexniki təyinatlı əlaqələndiricilər kimi praktiki əhəmiyyətli xassələri təsdiqlənmişdir.                                                          Fenol birləşmələrinin (fenol, monoalkil(C8-C12) fenollar, hidro­xinon və s.) azotlu birləşmələr iş-tirakında və sonuncuların ayrılıqda propilen ok-sidi ilə oliqomerləşmə məhsullarının alınması, xassələrinin tədqiqi və bu birləşmələrin mühərrik və sənaye yağlarında müxtəlif təyinatlı aşqarlar: korroziyaya, termiki oksidləşməyə,metal hissələ-rin sürtünmədə yeyilməsinə, mikroorqanizmlərə qarşı, yuyuculuq potensialını artıran və özlülük aşqarı kimi sınağı istiqamətində tədqiqatlar apa-rılmış, müsbət nəticələr əldə edilmişdir.                   Laboratoriyanın tədqiqatları əsasında 5 texniki şərt sənədi hazırlanmış, 6 tətbiq aktı,12 sınaq aktı alınmışdır. Son on ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri 80 elmi əsərdə,o cümlədən 1 monoqrafiya,  9 patent və müəlliflik şəhadətna-məsində öz əksini tapmışdır. Laboratoriyada 1 elmlər doktoru və 5 elmlər namizədi hazırlanmışdır.