Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fotobioenergetika laboratoriyası

Fotobioenergetika laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Yaşar Mirzə oğlu Feyziyev 
biologiya elmləri doktoru
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Fotosintetik reaksiya mərkəzlərində struktur-funksiya əlaqəsinin, elektron daşınmasının, ikinci fotosistemdə (FSII) suyun fotosintetik yolla oksidləşməsi və molekulyar oksigenin ayrılması mexanizminin, biomimetik FSII və süni fotosintezin, bioenerji və bitki stresinin tədqiqi.
Əsas elmi nəticələri İkinci fotosistemdə xlorofilin dəyişən fluoressensiyasının təbiəti tədqiq edilmişdir. İkin fotokimyəvi reaksiya nəticəsində reaksiya mərkəzində əmələ gəlmiş [P680+Ph–] radikal cütünün enerji səviyyəsi ilə xlorofilin sinqlet həyacanlaşma səviyyəsi (P680*) arasında enerji baryerinin 0.11-0.13 eV olduğu müəyyən edilmişdir. İkinci fotosistemdə plastoxinon akseptorunun ikielektronlu reduksiya olunmuş halında mikrosaniyə diapozonunda gecikən işıq şüalanmasının xarici maqnit sahəsinin təsirinə həssas və aktivləşmə enerjisi 0.5-0.6 eV olan yeni komponenti aşkar edilmişdir. Bikarbonat ionlarının ikinci fotosistemdə rolu tədqiq olunmuşdur. Suyun fotosintetik oksidləşdiyi katalitik reaksiyalar tədqiq edilərək mühitin pH dəyişmələrinin ikinci fotosistemdə S pillələri arasında keçidlərə təsiri, kriogen temperaturlarda işığın təsiri ilə baş verən molekulyar reaksiyalar, sitoxrom b559 və S2, S3-pillələri arasında elektron mübadiləsi və s. öyrənilmişdir.