Tel. | (+994 12) 4902012 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri | k.e.d. Abasov Səfa İslam oğlu | |
İşçilərin ümumi sayı | 14 | |
Əsas fəaliyyət istiqamətləri | Müxtəlif struktur növünə malik seolitlərin metallar ilə məqsədli modifikasiyası yolu ilə karbohidrogenlərin çevrilməsi prosesində mikroməsaməlilik və katalitik xassələrinin tənzimlənməsi. C1-C7 karbohidroqenlərin cevrilməri ücün yüksək səmərəliyə malik yeni polifunksional katalitik sistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması. Yüksək oktan ədədli avtomobil benzinlərinin alınması (müxtəlif izoalifatik komponentlərin çoxluq təşkil etməsi şərti ilə) məqsədi ilə qazkondensatın çevrilməyə cəlb edilməsi. | |
Əsas elmi nəticələri | Müxtəlif proseslər: toluolun disproporsionallaşması; C2-C4 alkanların dehidrosiklooligomerləşməsi; C4+n-parafinlərin izomerləşməsi; etilbenzolun stirola oksidləşdirici dehidrogenləşməsi; metanın aromatikləşməsi; benzolun propan ilə dehidroalkilləşməsi ücün seolitlərin istiqamətlənmiş modifikasiyası yolu ilə yüksək məhsuldarığa malik katalizatorlar işlənib hazırlanmışdir.Müxtəlif quruluşlu seolilərin mоdifikasiyalaşmasının onların turşu və mikroməsaməli xüsusiyətlərinə təsirinin sistematik tədqiqi aparılmışdır. Bu cür modifikasiyaların C2+ karbohidrogenləri və toluolun çevrilməsi zamanı C – C əlaqələrinin əmələgəlməsi və yenidən paylanmasına təsiri мüəyyən olunmuşdur. Bu faktorların tоluolun disproporsionallaşması, n-parafinlərin izomerləşməsi və C2+ aşağı molekullu alkanların dehidtosiklooliqomerləşməsi proseslərində katalitik xüsusiyyətlərin dəyişməsinə təsirinin differеnsiasiyası aparılmışdir. Müəyyən olunmuşdur ki, karbohidrogenlərin çevrilməsinin seçiciliyini təyin edən aparıcı faktor seolitin mikroməsaməli qurluşudur. |