Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Funksional oliqomerlər laboratoriyası

Funksional oliqomerlər laboratoriyası
Tel. (+994 12) 4965894  
Faks (+994 12) 4903520  
Elektron poçtu minaver-ibrahimova@rambler.ru 
Struktur bölmənin rəhbəri

k.e.d., professor Minavər Cəfər qızı İbrahimova 

İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Polifunksional monomerlərin sintezi, oliqomerləşməsi, polimerləşməsi və sopolimerləşməsinin, alınan polimer məhsulların xassələrinin və tətbiq sahələrinin tədqiqi. 
Əsas elmi nəticələri Aparılmış kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində  olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni,  reaksiyaya qabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Sintez edilmiş birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında  bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.

Neftin katalitik krekinqi prosesində alınan, zəngin karbohidrogen tərkibinə malik yüngül qazoyl fraksiyası əsasında fenoformalitlərin birmərhələli üsulla sintezi şəraiti işlənib hazırlanmış, yüksək gərginlikli sahələrdə izolyasiya materialı kimi işlədilməsinin prespektiv olduğu göstərilmişdir.

Ekoloji zərərsiz, sadə, iqtisadi baxımdan səmərəli istehsal və emal  texnologiyaları yaratmağa imkan verən, katalitik komponent, katalitik sistem və həlledici kimi istifadə oluna bilən ion mayelərinin sintezi,  onların iştirakında sintetik polialfaolefin baza yağlarının alınması və seçici  həlledici kimi istifadə etməklə neft fraksiyalarının təmizlənməsi sahəsində tədqiqatlar aparılmışdır.

Sintez olunmuş polialfaolefin  yağ fraksiyalarının yararlı kompleks istismar xassələri ilə xarakterizə olunduqları və onlar əsasında yüksək özlülüklü yarımsintetik baza motor yağlarının və sənaye yağlarının alınmasının  mümkünlüyü müəyyən edilmişdir.

Neft fraksiyalarının, o cümlədən müxtəlif yağ və yanacaq fraksiyalarının seçici təmizlənməsində sintez edilmiş neytral xarakterli ion maye tərkiblərin ekstragent kimi tətbiqinin iqtisadi baxımdan səmərəli və ekoloji baximdan perspektiv olduğu göstərilmişdir. Alınmış nəticələrə əsaslanaraq bu prosesin sənaye miqyasında tətbiqinə tövsiyyələr verilmiş, təcrübə sənaye zavodunda transformator yağ distillatının ion-maye tərkiblə seçici tənzimlənməsi həyata keçirilmişdir.

Yüksək molekullu birləşmələr kimyasının perspektiv istiqamətlərindən biri olan, struktur quruluşu, molekul kütlə paylanması tənzimlənmiş polimer və birgəpolimerlərin “canlı” radikal mexanizmi ilə sintezi sahəsində tədqiqatlar aparılaraq stirolun radikal polimerləşməsi və metakril turşusunun bəzi efirləri ilə tənzimlənən mexanizmlə birgəpolimerləşməsi reaksiyaları tədqiq olunmuş və aşağı polidisperslik göstəricisi ilə xarakterizə olunan polimer məhsulların, o cümlədən blok birgəpolimerlərin alınma şəraiti onlar əsasında alınmış kompozit nümunəsinin sintetik yağlarda bakteriya və göbələklərə qarşı aşqar kimi effektiv olduğu müəyyən edilmişdir.

Katalitik krekinq prosesində alınan qazoyl fraksiyası əsasında superplastifikatorun alınması sahəsində tədqiqatlar davam etdirilərək təcrübə sənaye zavodunda superplastifikatorun toz halında alınması prosesi həyata keçirilmişdir.