Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Elmi arxiv
Tel.

(+994 36) 5446995

(+994 70) 6136430 

Faks  
Elektron poçtu  
Arxivin müdiri Məmmədova Rəna İsmayıl qızı 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Arxivdə Naxçıvan Regional Elmi Mərkəzinin 1998-2002, AMEA Naxçıvan Bölməsinin 2003-2010-ci illərə aid statistik hesabatları, əməkdaşların şəxsi işləri, rüblük və illik hesabatları, imzalanmış müqavilələr və digər sənədlər saxlanılır.

2018-ci ildə burada yaradılan “Elmi rubrika”da Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş, eləcə də bölmə əməkdaşları tərəfindən Rusiya və Gürcüstan dövlət arxivlərindən toplanılmış sənədlərin nüsxələri mühafizə edilir.

Həmin tarixi sənədlərdə Naxçıvan bölgəsinin 1919-1920, 1919-1931, 1949-cu illər tarixinə, 1919-1920-ci illər iqtisadi və siyasi vəziyyətinə, Naxçıvan ərazisinin 1921-ci il tarixli inzibati ərazi bölgüsünə dair zəngin məlumatlar vardır. Arxiv sənədlərindən 1831-1832, 1842-1843-cü illərə dair Naxçıvan şəhərinin kameral siyahısı, Şərur dairəsinin iki cildlik kameral siyahısı (1942), Naxçıvan diyarının tarixinə və etnoqrafiyasına dair materiallar toplamaq, Qafqazın yeni tarixi (1722-1803), Naxçıvan SSR-in qədimliyi (Naxçıvan, Ordubad qəzası, Xaraba-Gilan), Naxçıvan xanlığı və onun Rusiyaya birləşdirilməsi, Türkmənçay, Aleksandropol (Gümrü), Moskva və Qars müqavilələri ilə bağlı ətraflı məlumatlar almaq mümkündür.

Eyni zamanda fondda Ehsan xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Bəhram xan Naxçıvanski, Kalbalı xan Naxçıvanski, Kərim Sultan Kəngərli, Mənsur ağa Kəngərli və digər tarixi şəxsiyyətlərə aid materiallar qorunmaqdadır. Mühafizə olunan sənədlər arasında yazıçı Məmməd Səid Ordubadiyə göndərilmiş məktublar, Eynəli bəy Sultanovun “Naxçıvan məktubları”, Mirvarid Dilbazinin Naxçıvan xatirələri başlıqlı toplular,  Naxçıvan ədəbi mühitinə, Əziz Şərifə, Səməd Mövlanəyə aid sənədlər və XIX əsrdə nəşr olunmuş bəzi qəzetlərin nüsxələri də mövcuddur.

Əsas elmi nəticələri