Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Bioresurslar İnstitutunun fəlsəfə doktorları

Məmmədov Arzu Fərman oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Naxçıvan MR, Şahbuz rayonun Güney Qışlaq kəndi 
Təvəllüdü 20 Dekabr 1965-ci il 
Bitirdiyi ali təhsil müəssisəsi S.Ağamalıoğlu adına AKTİ-nin Zoomühəndislik fakultəsi 
Elmi dərəcəsi Biologiya üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi Dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


2401.01

Zoologiya

Naxçıvan Muxtar Respublikasının Mühüm Ornitoloji Ərazilərinin indikator növləri
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

52

 

10


4
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-  fəlsəfədoktorlarının sayı

 
Əsas elmi nailiyyətləri NƏTİCƏLƏRl. Apanlmış tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikasının ornitofaunasının l8 dəstə, 51 fəsilə, 141 cins, 241 növ və 167 yarımnövla təmsil olunduğu müəyyən edilmişdir. Bir dəstə Phonicopıeriformes, bir fesilə (Phonicopteridae) bir cins (Phonicopıerus) və 24 növ Muxtar Respublikanın ornitofaunası üçün ilk dəfə olaraq göstərilir. Bölgədə yayılmış 241 növdən 74-ü (30,71°/0) monotipik, politipik növlərdən 165-i (68,46%) biri natamam növlə, 2-si (0,830/0) isə iki natamam növ ilə təmsil olduğu müəyyən edilmişdir" Miqrasiya statusuna görə: il boyu rast golinənlər 86 (35,69%), nəsil vermək üçün 105 (43,57%), qışlamağa gələnlər 22 (9,13%), miqrasiya dövründə olanlar isə 28 növ (11,61%) ilə təmsil olunurlar.

2. Ornitofaunanın tədqiqi zamanı qolobal statuslu 18, Avropa təhlükə statuslu 24, Azərbaycanın, “Qırmızı kitab”ına aid 24 növün yayıldığı aşkar edilmiş və 36 növün Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”ına daxil edilməsi təklif olunmuşdur. Bu növlər 5 əsas kateqoriya (CR, EN, VU" NT və DD) üzrə verilmişdir.

3. Muxtar Respublika ərazisində yayılmış növlərdən 89 Bern; 48 Ramsar, Bonn, Bern, Aewa; 4 Ramsar, Bonn, Berin; 26 Sites, Bonn, Bern; 43 Bonn, Bern; 5 Sites, Bern; 14 Ramsar, Bern; biri Bonn, Bern, AEWA; 5 Ramsar, Sites, Bonn, Bern konvensiyalarına və Aewa sazişinə daxildir. 6 növün Pica pica,Corvus monedula,C. frugilegus,C. cornix,
Passer domesticus,Columba palumbusınövlərinin vəziyyəti qənaətbəxş olduğu üçün qiymətləndirilməmişdir.

4. Ərazidə beynalxalq kriteriyalara cavab verən ve ümumi sahəsi 48131 ha olan 7 Mühüm Ornitoloji Ərazi (Ordubad, Şahbuz, İlandağ, Nehromdağ, Araz, su anbarı, Toxluqaya və Qaraqaya MOƏ-ləri) mövcuddur. Bunlardan Araz su anbarı, Toxluqaya və Qaraqaya MOƏ lari todqiqat dövründə müəyyən edilmişdir.

5. Şahbuz, Ordubad MOƏ-si qlobal, biomla məhdud, Avropa statuslu (kriteriya Al, A3, B2 ); Araz su anbarı MOƏ-si qlobal, Avropa statuslu «köç yolu», Avropa statuslu (Al, A4i, B4i, B2); Qaraqaya, Toxluqaya, İlandağ, Nehrəmdağ MOƏ-ləri Avropa və biomla mohdudlaşan (B2, A3) növlər üçün secilmişdir.

6. Naxçıvan MR ərazisində MOƏ-ləri təyin etmak üçün, 18 qlobal və 24 Avropa təhlükə statuslu növlərdən istifadə edilmişdir. Həmin növlərdən MOƏ-lərin ekoloji qiymətləndirilməsində indikator kimi istifadə edilmişdir.

7. Tədqiqat ərazisi üçün 4 biom (Avrasiya çöl və yarımsəhrası, Aralıq dənizi, Avropa enliyarpaqlı meşcləri, Avrasiya yüksək dağ qurşağı) və bu biomlarla məşdudlaşan 17 quş növü aşkar edilmişdir. Növlərdən 4-ü Avrasiya çöl və yanmsəhra, 3-ü Aralıq donizi, 3-ü Avropa enliyarpaqlı meşəlar və 7-si Avrasiya yüksək dağ qurşağı biornunda rast galinmişdir. Bu növlərə əsasən biomları müəyyən edib, ekoloji vəziyyətinin qiymətləndirilməsində İndikator kimi istifada edilmişdir.

8. MOƏ-lərin ekoloji qiymətləndirilmasi zamanı Ordubad, Şahbuz, Araz su anbarı MOƏ-sində ekoloji vəziyyət nisbətən sabit olduğu üçün “Davamlı müşahidə” və İrəliləmə+1 təhlükə kateqoriyasına daxil edilmişlər. İlandağ, Nehrəmdağ, Toxluqaya və Qaraqaya 'MOƏ-lərində ekoloji şəraitin pozulması səbəbindən “Pisləşmə” təhlükə kateqoriyasının müxtəlif dərəcələrinə aid edilmişlər (İlandağ Vacib, Pisləşmə-2; Nehrəmdağ Mühafizəyə ehtiyac, Pislsşms-1” Toxluqaya və Qaraqaya Çox vacib, Pişləşmə-3).  
Elmi əsərlərinin adları Nəşrlər

Milli dövri jurnallarda çap olunmuş məqalələr

1.Naxçıvan Muxtar Respublikasının Mühüm Ornitoloji Ərazilərinin başlıca təhlükələri və onların aradan qaldırılma yolları/ Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. II cild,

 

Bakı: Elm, 2010, s. 903-911

2.Araz su anbarının ornitokompleksi/ АМЕА-nın Xəbərləri. Biol.. elmləri seriyası. Bakı: Elm, 2005, № 1-2, с. 145-150

3. Naxçıvan MR və onun Mühüm Ornitoloji Ərazilərinin yırtıcı quşlar dəstəsi/ АМЕА-nın Xəbərləri. Təb. Və tex. Elmləri seryası. Bakı: Elm, 2006, №3-4, с. 185-191

4. Naxçıvan Muxtar respublikasının ornitofaunasına əlavələr/ AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təb. Və texn. Elmləri seryası. Naxçıvan: Tusi, 2009, №4, s. 169-173

Beynəlxalq dövri jurnallarda çap olunmuş məqalələr

1. Маскированный сорокопут Larus nubikus(Lichtenstein, 1823) Новый вид орнитофауны Азербайджана. Известия Дагестанского государственного педогогического университета: № 4 (9), 2010 -49-50

2. Опыт изучения и охраны ключевых  орнитологических территорий (КОТ) в Азербайджане/ Юг. России, Экология, Развитие,  Махачкала: №2, 2007, с. 63-68

3. Опыт организации орнитологических  исследований в заповедниках и национальных парках Азербайджана./ Труды государственного природного заповедника «Дагестанский». Вып. 1., Махачкала: 2007, с. 20-23

4. Резултаты исследований журавлей в Азербайджане. Журавли Евразии (биология, pаспространение, миграции, управление) Выпуск 4. Москва, Типография, 211, с.312-315

5. Ornithofauna of NakhchivanAutonomousRepublic and ecology of some  characteristic scanty species// Индиа, volme IV, issue, III, april, 2014

 Kitablar

  1. Naxçıvan Muxtar respublikasının ekologiyasına dair. Naxçıvan, 2010
  2. Azərbaycanın mühüm ornitoloji əraziləri I-II cild, Bakı, 2011-2012;
  3. İmperator qartalı, leşyeyən və çöl muymulu Azərbaicanda. Naxçıvan, 2011
  4. Dərnək məşğələlərinin təşkili və keçirilməsi üçün metodiki tövsiyələr. Bakı, 2013

Azərbaycan Respublikasının Qırmızı kitabı. Nadir və nəslikəsilməkdə olan fauna növləri. İkinci nəşr. Bakı, 2013  

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1. Azərbaycan Ornitoloji Əmiyyəti

2.Azərbaycan Zooloqlar Cəmiyyəti

Pedaqoji fəaliyyəti 9 il 
Digər fəaliyyəti  Təhsil
  • Doktorantura, AMEA Naxçıvan bölməsi. Naxçıvan MR-də azsaylı quru onurğalı heyvanların fauna və ekologiyası. 2011 noy - 2015 nöyabr.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Layihələrdə  iştirak

NABU-nun 2009-cu ildə Azərbaycanda keçirtdiyi “Quşların elektrik xəttlərində tələfatının monitorinqi və Elektroenerji təşkilatları ilə əməkdaşlıq” qrant layihəsində;

AOS və SCF təşkiatlarının - “Leşyeyənin Azərbaycanda müasir vəziyyəti” layihəsində;

Azərbaycan Ornitoloji Cəmiyyətinin və Təhsil Nazirliyi il birgə keçirdiyi Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində "Ətraf Mühit təhlükəsizliyi və Ətraf Mühit İdarəçiliyi Planı" üzrə Naxçıvan Dövlət Universitetində keçirilən təlimi layihəsində təlimçi kimi iştirak edilmişdir

GTZ (Almaniya Texniki Əməkdaşlıq Birliyi)  təşkilatının “Cənubi Qafqazda Ətraf Mühitin Davamlı İnkişafı” layihəsi çərçivəsində Naxçıvan və Ordubad şəhərlərində Ekoloji Mərkəzlərdə “2010-2011-ci illərdə Biomüxtəliflik ili”nə həsr olunmuş təlimlərin həyata keçirilməsi layihəsində təlimçi kimi iştirak edilmişdir.

 Beynəlxalq  əməkdaşliq və konfrans, seminar və simpoziumlar

Azərbaycanın  quşlarına aid  istər milli, istərsə də regional, beynəlxalq səviyyəli işlərin aparılması üçün beynəlxalq təşkilatlar (Lebalkan-Bolqarstan ornitoloji Cəmiyyəti) və xarici ölkələrin ornitoloqları bilavasitə bizimlə əməkdaşlığa can atırlar. Bunun nəticəsi  kimi  bir sıra milli və beynəlxalq əhəmiyyətli  tədqiqatların  yerinə yetirilməsində iştirak edilmişdir.

25-30 oktyabr 2010-cu ildə UEP-GEF beynəlxalq təşkilatlarının Qazaxctanın Astana şəhərinin Korgalzhyn Təbiət Qoruğunda “Su quşlarının miqrasiya yollarını izlənilməsi” Beynəlxalq təlimdə iştirak edilmiş və sonunda sertifikat alınmışdır.

Almaniya  dövlətinin Texniki Əməkdaşlıq Təşkilatının (GİZ) 2010-2011-ci illdə, Azərbaycanda  həyata  keçirdiyi seminar-monitorinqlərdə iştirak edərək, su-bataqlıq  quşlarının monitorinqi metodlarını mənimsəmiş və müvafiq sertifikatlar almışlar.

25-28 sentyabr 2012-ci ildə UEP-AWEA beynəlxalq təşkilatlarının Macarıstanda “Ağqaş qazın köç yolları və qışlama əraziləri” ilə bağlı keçirilən seminarda iştirak edib sertifikat alınmışdır. 
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA Naxçıvan Bölməsi Bioresurlar İnstitutu, AZ7000, Naxçıvan şəhəri, Babək, 10
Vəzifəsi Aparıcı elmi işçi 
Xidməti tel.  
Mobil tel. (+994 50) 3894365 
Ev tel. (+994 36) 5440043 
Faks  
Elektron poçtu Yarasa65@mail.ru